Zərifə Əliyeva ömrünün işığı

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu xalqın tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların Vətən qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də Zərifə xanım Əliyevadır. Filologiya fakültəsində humanist insan, görkəmli ictimai […]

Davamı

Tələbələrimizin detektiv yazıçı,psixoloq, ehtiyatda olan polkovnik-leytenant Elbrus Kəlbiyev ilə görüşü

GDU Filologiya fakültəsinin bir qrup tələbələri  maraqlı əsərləri ilə tanınan detektiv yazıçı Elbrus Kəlbiyev ilə görüşdə iştirak etdilər. Görüşdə Gəncənin fəxri, nasir, şair, publisist, dramaturq  Qərib Mehdi başda olmaqla  Gəncənin yazarları da  iştirak edirdi. Tədbirdə Elbrus Kəlbiyev iştirakçıları maraqlandıran sualları cavablndırdı,  yazdığı əsərlərin mövzusundan, onların tərbiyəvi əhəmiyyətindən, detektiv janrından, gələcək planlarından və s. danışdı. Sonda yazıçı […]

Davamı

GDU-nun Filologiya fakültəsinin müəllim və tələbələri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbirdə

13.04.2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qvami Qazıyev  və Filologiya fakültəsinin bir qrup tələbələri   Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında XIX əsr Azərbaycan bədii fikrinin görkəmli simalarından olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Xan qızı Xurşidbanu Natəvan” başlığı altında tədbirdə iştirak etdilər.  Prezident […]

Davamı

İRƏVAN SEMİNARİYASININ 140 İLLİK YUBİLEYİ

İrəvan qəza məktəbi, gimnaziyası, nəhayət, İrəvan Müəllimlər Seminariyası ölkəmizin bütün regionlarında mədəni-maarifçilik fəaliyyəti ilə məşğul olmuş, ana dilində dərsliklərin ilk təşəbbüsçülərindən olaraq,  mətbuatda rus və Azərbaycan dillərində həm əbədi-bədii, həm də ictimai-maarifçi məqalələri çıxış etmiş, Qərbi Azərbaycan ziyalıları kimi Azərbaycanda həm ictimai-pedaqoji hərəkatın, həm də onun simasında müsəlman dini  kimliyindən etnik kimliyə, son nəticədə isə milli […]

Davamı

Monitorinq qrupu Filologiya fakültəsində

05.04.2022-ci il tarixdə  dos. A.Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu Filologiya fakültəsinin hər iki ixtisasında  keçilən dərslərdə iştirak etdi. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurslarında  baş müəllim Göyçək Pirverdiyevanın Pedaqogika, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kurslarında baş müəllim Vidadi Sarıyevin Mülki müdafiə fənnindən mühazirələri dinlənildi. Dərslərdən sonra fakültə dekanı dos.Zakir Ələsgərovun iştirakı […]

Davamı

Professor Mübariz Yusifovun “Türk dillərinin yazılı abidələri “ mövzusunda açıq dərsi

Prof. Mübariz  Yusifovun  Azərbaycan dili və ədəbiyyatı ixtisasında  II kurslara “Türkologiyaya giriş”  fənnindən “Türk dillərinin yazılı abidələri “ mövzusunda  açıq dərsi oldu.  M.Yusifov yazılı abidələr haqqında məlumat verməzdən əvvəl Göytürk abidələri haqqında geniş izahat  verdi, bu əlifbanın üstün cəhətlərini göstərdi, müasir əlifba ilə fərqli xüsusiyyətlərini izah etdi. Eyni zamanda Göytürk əlifbasını çin heroqlifləri, rus, ərəb […]

Davamı

F.E.D. YADİGAR ƏLİYEVİN MÜASİR AZƏRBAYCAN DİLİ-1 FƏNNİNDƏN “NİTQİN FONETİK PARÇALARI.HECA” MÖVZUSUNDA AÇIQ DƏRSİ

Azərbaycan dili kafedrasının dosenti  f.e.d. Yadigar Əliyev  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (I kurs) ixtisasında Müasir Azərbaycan dili-1  fənnindən  “Nitqin fonetik parçaları. Heca” mövzusunda açıq dərs keçdi. Dərsdə Azərbaycan dilində hecanın növləri, geniş yayılmış heca tipləri və hecalama xüsusiyyətləri haqqında məlumat verildi , görkəmli Azərbaycan dilçiləri akad. A. Axundovun, prof.Ə. Dəmirçizadənin, prof.Afat Qurbanovun fikir və […]

Davamı

Baş müəllim f.ü.f.d. Mehriban Məmmədovanın “XX əsrin 20-90-cı illərində Azərbaycan terminologiyasının inkişafı” mövzusunda açıq dərsi

Filologiya fakültəsinin baş müəllimi  f.ü.f.d. Mehriban Məmmədova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (II kurs) ixtisasında “Azərbaycan terminologiyasının təşəkkülü və inkişafı”  fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “ XX əsrin  20-90-cı  illərində Azərbaycan terminologiyasının inkişafı” idi. Dərsin başlanğıcında müəllim Azərbaycan terminologiyasının ilk mərhələlərini yada saldı və  köhnə dərslə əlaqə yaradaraq yeni mövzunu tələbələrə izah etdi. […]

Davamı