F.E.D. YADİGAR ƏLİYEVİN MÜASİR AZƏRBAYCAN DİLİ-1 FƏNNİNDƏN “NİTQİN FONETİK PARÇALARI.HECA” MÖVZUSUNDA AÇIQ DƏRSİ

Azərbaycan dili kafedrasının dosenti  f.e.d. Yadigar Əliyev  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (I kurs) ixtisasında Müasir Azərbaycan dili-1  fənnindən  “Nitqin fonetik parçaları. Heca” mövzusunda açıq dərs keçdi. Dərsdə Azərbaycan dilində hecanın növləri, geniş yayılmış heca tipləri və hecalama xüsusiyyətləri haqqında məlumat verildi , görkəmli Azərbaycan dilçiləri akad. A. Axundovun, prof.Ə. Dəmirçizadənin, prof.Afat Qurbanovun fikir və mülahizələri müqayisəli şəkildə izah edildi. Müəllim təlimin müxtəlif metod və üsullardan istifadə edərək mövzunu əhatəli şəkildə tədris etdi. Dərsdə Azərbaycan dili kafedrasının müdiri prof.Telman Quliyev, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov və Azərbaycan dili kafedrasının əməkdaşları iştirak edirdilər. Dərs yüksək balla qiymətləndirildi.