Baş müəllim f.ü.f.d. Mehriban Məmmədovanın “XX əsrin 20-90-cı illərində Azərbaycan terminologiyasının inkişafı” mövzusunda açıq dərsi

Filologiya fakültəsinin baş müəllimi  f.ü.f.d. Mehriban Məmmədova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi (II kurs) ixtisasında “Azərbaycan terminologiyasının təşəkkülü və inkişafı”  fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “ XX əsrin  20-90-cı  illərində Azərbaycan terminologiyasının inkişafı” idi.

Dərsin başlanğıcında müəllim Azərbaycan terminologiyasının ilk mərhələlərini yada saldı və  köhnə dərslə əlaqə yaradaraq yeni mövzunu tələbələrə izah etdi. Dərs prosesində müasir təlim metodlarından və mövzuya aid müxtəlif slaydlardan istifadə edildi. Müəllimin müxtəlif mənbələrdən topladığı materiallar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.

Açıq dərsdə prof. Mübariz Yusifov , Filologiya fakültəsinin dekanı dos. Zakir Ələsgərov, Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev və başqaları iştirak edirdilər. Dərs qənaətbaəxş hesab olundu və yüksək balla qiymətləndirildi.