II semestr dərsləri başlandı
Filologiya fakültəsində II semestrin başlanması ilə əlaqədar fakültənin dekan müavinləri və tütorlar tələbələrlə görüşüb onlara uğurlar arzuladılar və müvafiq tapşırıqlar verdilər.
Filologiya fakültəsində II semestrin başlanması ilə əlaqədar fakültənin dekan müavinləri və tütorlar tələbələrlə görüşüb onlara uğurlar arzuladılar və müvafiq tapşırıqlar verdilər.
2 Feval gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. […]
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, Vüsal Hicran təxəllüsü ilə tanınan və sevilən Vüsal İsgəndərovun “Hissin bütün rəngləri” adlı ilk şeirlər kitabı çapdan çıxmışdır. Kitabda müxtəlif vaxtlarda yazılan şeirlər və hekayələr yer almışdır. Qeyd edək ki, müəllif lirik, fəlsəfi, vətənpərvərlik və s. mövzularda qələmə aldığı, xüsusilə Vətən müharibəsi şəhidlərinə həsr etdiyi şeirləri ilə oxucuların rəğbətini […]
Universitetdə 6 yanvar 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb və yanvar ayının 23-dən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir. İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə […]
Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib. Mediaturda millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandja” qəzetinin baş redaktoru İrina Kalaşnikova, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi İlkin Cavadov, KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər. Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Humanitar məsələlər […]
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 35 il keçir. Həmin gün Azərbaycan xalqına qarşı həyata keçirilən hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 20 Yanvardan keçən yol ölümsüzlüyə, əyilməzliyə, azadlıq və müstəqilliyə aparan yol idi… Bu yolun yolçuları təkcə Qara Yanvarda […]
Filologiya fakültəsində məişət zorakılığı, insan alveri və s. məsələlərə həsr olunmuş tədbir keçirildi. Çıxış edənlər qeyd etdilər ki , dünyada geniş yayılmış problemlərdən biri – məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada məişət zorakılığına, insan alverinə və […]
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti (attestatsız), f.ü.f.d. Yeganə Sabir qızı Hüseynova Media Araşdırma Mərkəzi və Azər.KİVİHİ tərəfindən dahi şəxsiyyət Heydər Əliyevin 101 illik yubileyi münasibətilə təhsil sahəsində xüsusi xidmətləri və Heydər Əliyevin irsinin təbliğinə görə “Heydər Əliyev” Fəxri media mükafatı ilə təltif olunmuşdur. Uğurlarınız bol olsun!
Filologiya fakültəsi Elmi Şurasının 27 dekabr 2024-cü il tarixli iclası keçirildi. Elmi Şurada aşağıdakı məsələlər müzakirə edildi: 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında 2024/2025-ci tədris ilinin I yarısına aid dərs yüklərinin yerinə yetirilməsinin vəziyyəti haqqında Kafedraların metodik qruplarının hesabatı Sərbəst işlərin yerinə yetirilməsi vəziyyəti haqqında Tələbələrin asudə vaxtının […]