Fakültə dekanı

Ələsgərov Zakir Aslan oğlu

1949-cu il martın 20-də Kirovabad (indiki Gəncə) şəhərində fəhlə ailəsində anadan olmuşdur.

1955-1966-cı illərdə Kirovobad şəhəri Maksim Qorki adına 1 saylı orta məktəbdə oxumuş, 1968-1972-ci illərdə H.Zərdabi adına Kirovobad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) ali təhsil almışdır. 1972-ci ildə adı çəkilən ali məktəbin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirərək orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişdir. 1973-1974-cü illərdə Almaniyada Sovet Qoşunları Qrupunda hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 1966-cı ildə Kirovobad şəhəri 3 saylı ağac emalı zavodunda fəhlə kimi başlamış, 1968-ci ilin sentyabr ayınadək orada dülgər, rəngsaz işləmişdir. 1972-1975- ci illərdə təyinatla Xanlar rayonunun Poylu kəndində (indi həmin kənd Samux rayonunun tabeliyindədir), 1975-1981-ci illərdə Kirovobad şəhəri 1 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1976-1981-ci illərdə, eyni zamanda, həmin məktəbin azad komsomol komitəsinin katibi vəzifəsində  işləmişdir.  1981-1988-ci illərdə partiya işinə   irəli  çəkilərək  Azərbaycan  KP  Gəncə Rayon  Komitəsində  təlimatçı, siyası  maarif  kabinetinin  müdiri, təbliğat  və  təşviyat şöbəsinin  müdiri vəzifəsində,  1988-1991-ci illərdə  isə  Kirovobad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin ) partiya  komitəsinin  katibi,  1991-1993-cü  illərdə  həmin  institutda  müvəqqəti  kadrlar  şöbəsinin  rəisi, böyük laborant, 1993-1995-ci  illərdə  Gəncə şəhəri,  Nizami  rayon  İcra  Hakimiyyəti  aparatında  böyük  məsləhətçi  vəzifəsində  işləmişdir.  1998-dən  Gəncə Dövlət Universiteti  rektorunun  köməkçisi,  2000-ci idən  isə rektorun  məsləhətçisi  işləmişdir  2008-ci  ilin  mart  ayından həmin universitetin Filologiya fakültəsinin tədris işləri  üzrə dekan  müavini, 2003-cü ildən eyni zamanda  Azərbaycan dilinin tədrisi  kafedrasının  müəllimi kimi  fəaliyyət  göstərmişdir.   2019-cu ilin fevral ayının 15-də fakültə əməkdaşlarının ümumi yığıncağında fakültə dekanı seçilmişdir.

Z.A.Ələsgərov pedaqoji fəaliyyəti  və dövlət  qulluğundakı işi  ilə  bərabər  elmi  tədqiqatla da  məşqul  olmuş,  1990-2000-ci  illərdə  Azərbaycan  dili  terminoloji  fondunun  zənginləşməsində  müasir  mətbuatın  rolunu  araşdırmış, bununla  əlaqədar dövrü mətbuatda,  elmi məcmuələrdə məqalələr dərc etdirmiş, tədqiqat işini yekunlaşdıraraq, 2010-cu ilin may ayında “Azərbaycan dili terminoloji fondunun  zənginləşməsində  müasir  mətbuatın  rolu (1990-2000-ci illər)” mövzusunda dissertasiya müdafiə edərək 2011- ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016- cı ildə isə dosent elmi adı  almışdır.

Z.A.Ələsgərov pedoqoji və elmi fəaliyyətlə yanaşı, ictimai-siyasi həyatda da fəal iştirak etmiş və etməkdədir. 1980-1992-ci illərdə dörd çağırış Gəncə şəhərinin Gəncə (indiki Nizami) rayonu üzrə Xalq Deputatları Sovetinin  deputatı, 1983-1991-ci illərdə rayon və şəhər partiya komitəsinin,   2004-2008-ci illərdə və 2013-2014-cü illərdə  Gəncə Dövlət Universiteti Elmi Şurasının üzvü  olmuşdur. Universitetin və şəhərin  tədbirlərində yaxından  fəallıq göstərir.

Ailəlidir,  4  övladı  var.

Elmi fəaliyyətdə aldığı nəticələr aşağıdakı kimi olmuş və göstərilən  məqalələrdə  öz əksini tapmışdır.

1.Termin yaradıcılığında norma prinsipləri. Azərbaycan ədəbi dilində norma və normalaşma məsələləri, Gənc dilçilərin III Respublika konfransının materialları, 25-26 noyabr 1991, Bakı, Elm, 1991, səh.52-53.

  1. Mətbuat dilində terminoloji yeniləşmə. Azərbaycan ədəbi dilində  norma  və normalaşma məsələləri, Gəncə  dilçilərin  III  Respublika  konfransının  materialları,  25-26  noyabr  1991,  Bakı, Elm, 1991, səh.153-154.
  2. Azərbaycan terminoloqiyasının əsas istiqamətlərinə  dair. H.Zərdabi adına GDPİ-nin elmi əsərlər  məcmuəsi,  Bakı , Mütərcim, 1999, səh.79-80.

4.1950-ci illər mətbuatında  Azərbaycan terminologiya  məsələləri. Gəncə Dövlət  Universiteti, Elmi əsərlər  məcmuəsi, Bakı, Mütərcim, 2000, səh. 135-136.

  1. İ.Həsənov, Z.Ələsgərov. B.Vahabzadənin əsərlərində işlənən terminlər haqqında. Gəncə Dövlət Universiteti, Elmi əsərlər  məcmuəsi, Bakı,  Nurlan, 2004, səh. 147-150.
  2. İ.Həsənov, Z.Ələsgərov. Azərbaycan dilində işlənən  peşə-sənət  terminləri. BSU,  Humanitar  elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2005, № 2, səh. 24-27.
  3. Müstəqil dövlətçilik mərhələsində ana dilinin tətbiqi. Gəncə Dövlət Universiteti, Elmi xəbərlər (Humanitar  və təbiət elmləri seriyası), Bakı, Nurlan, 2006, № 1, səh. 123-125.
  4. Azərbaycan dilinin tətbiq dairəsinin genişlənməsində dövlət müstəqilliyinin rolu. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Xəbərləri (Humanitar elmlər seriyası), Bakı, 2006, № 3, səh. 107-111
  5. Azərbaycan mətbuatında sintaktik yolla söz yaradıcılığı. AMEA Folklor İnsititutu, Elmi axtarışlar (Folklorşünaslıq: Filologiya, Fəlsəfə, Tarix, İncəsənət və Nəzəriyyə aspektləri). XXVIII,  Bakı.  Səda, 2006, səh. 65-69.

10.Azərbaycan mətbuatında yeni sadə və düzəltmə sözlər. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrədilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2007, № 2 səh.12-15.

11.Mətbuatda işlənən yeni sözlərdə norma. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrədilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı,  2007, № 4, səh.8-12.

12.Особенности изменений в лексической системе Азербайджанского языка в период независимости. Вопросы  филологических наук,  Мoskva, Издательство «Компания Спутник», 2009, № 6, с.107-112.

13.Сложные сокращения в Азербайджанской прессе. Весник  Казахской Национальный Университет им. Aль-Фараби,   серия филологическая, 2010,  № 3(127) с.63-67.

  1. Новые терминологические еденицы в прессе современного  периода.  Материалы III Международный  научно- метoдической конференции 14-16 апреля 2010 г., г  Пятигорск,  с. 10-12.

15.Ədəbiyyat dərslərində şagird şəxsiyyətinin formalaşdırılması imkanları. Gəncə Dövlət Universiteti, Elmi xəbərlər (Fundamental, humanitar və təbiət elmləri seriyası), 2011, No3,  səh. 206-210.

16.Xəlil Rza Ulutürk poeziyasında vətənpərvərlik tərbiyəsi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrədilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2012, No1, səh.203-205.

17.Azərbaycan dili dərslərində fəal iş formalarından istifadə. Gəncə Dövlət Universiteti, Elmi  Xəbərlər məcmuməsi (Fundamental, humanitar və təbiət elimləri seriyası), 2012, No3,  səh. 163-167.

  1. İptidai siniflərdə orfoqrafiya təlimi zamanı şagird özünənəzarətinin təşkili imkanları. Azərbaycan TPİ “Təhsil sistemində yeni nəslin təlim-tərbiyəsi  üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” mövzusunda  Respublika Elmi Konfransının   materialları, Bakı, 28 iyun 2012, səh. 87-89.

19.Azərbaycan dili dərslərində şagird fəaliyyətinin qiymətləndirilməsi.  Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası  elmi  məqalələr  məcmuəsi), 2012, No3,  səh. 188-190.

  1. Azəbaycan dili və ədəbiyyat fənlərinin tədrisi prosessində  yeni  təlim metodlarının tətbiqi  problemi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin  öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2012, No4,  səh. 204-206.
  2. Müasir təhsilin problemlərinin həilinə dair. Naxçıvan Müəllimlər İnstitutu, “Müasir təlim metodları və yeni texnologiyaların təlim-tərbiyə prosessində tətbiqi” mövzusuna həsr edilmiş Respublika konfransının  materialları, 03 may 2013,  səh 134-136

22.Şəxsiyyətin formalaşmasında özünütərbiyənin roluna dair. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Elmi əsərlər  (xüsusi buraxılış), 2013, No3, səh. 137-138.

23.Heydər Əliyev və Azərbaycan dilinin tətbiq dairəsinin genişlənməsi. Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), 2013, No2,  səh. 152-155.

24.Azərbaycan müasir təhsilin bəzi problemləri və onların xarakterik xüsusiyyətlərinə dair. Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2013, No2, cild: 9, səh. 23-26.

  1. Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.04.2014-cü il tarixli, 472 Noli əmri ilə təsdiq olunmuş metodiki vəsait, Bakı, Mütərcim, 2014, 80 səh.
  2. B.Abbasova, Z.Ələsgərov. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16.12.2014-cü il tarixli, 1274 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı, Bakı, 2015
  3. B.Abbasova, Z.Ələsgərov. Tərbiyə prosesinin normativ-hüquqi əsasları (universitetlərin müəllim hazırlığı üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil  Nazirliyinin  16.12.2014-cü il tarixli 1274 Noli əmri  ili təsdiq olunmuş fənn proqramı, Bakı, 2015.

28.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri (universitetlərin müəllim hazırlığı ixtisasları üzrə magistr pilləsi üçün), Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18.02.2015-ci il tarixli, 190 Noli əmri ilə təsdiq olunmuş fənn proqramı , Bakı, 2015.

29.Azərbaycan dilinin tədrisi metodikasının müasir problemləri(universitetlərin müəllim hazırlığı ixtisasları üzrə magistr pilləsi üçün). Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.04.2015-ci il tarixli 393 Noli əmri ilə təsdiq olunmuş dərs vəsaiti, Bakı, Mütərcim, 2015,  232 səh.

Z.A.Ələsgərov aşağıdakı beynəlxalq və respublika konfranslarında iştirak etmişdir.

-1991 , Bakı, Azərbaycan ədəbi dilində norma və normalaşma məsələləri, Gənc dilçilərin III respublika konfransı.

-2010, Pyatiqorsk, Rusiya Federasiyası, Rusdillilik və bi(poli)linqvizm XXI əsrin mədəniyyətlərarası ünsiyyət prosesində koqnitiv  və konspektual aspeklər , III Beynəlxalq elmi-metodik konfrans.