Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasını müdiri

ƏHMƏDOV MAQBET MÜTÜLÜ OĞLU-dosent, kafedra müdiri
1952-ci ilin yanvar ayının 6-da Daşkəsən rayonunun Dəstəfur kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-1967-ci illərdə Daşkəsən rayonunun Dəstəfur kənd orta məktəbində orta, 1968-1975-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə ali təhsil almışdır. 1970-1972-ci illərdə Almaniyada hərbi xidmət borcunu yerinə yetirmiş, 1971-ci ildə Drezden şəhərində Kommunist Partiyasının sıralarına qəbul edilmişdir.
1975-1979-ci illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, 1983-cü ildə dissertasiya müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
1968-ci ildə “Daşkəsən” adlı rayon qəzetində məktublar şöbəsinin müdiri və radio-redaktor, 1975-1983-cü illər orta məktəb müəllimi, 1983-1989-cu illər Azərbaycan SSR EA Gəncə Elm mərkəzində elmi işçi işləmiş, 1989-2006-cı illər Azərbaycan Texnologiya İnstitutunda laborant, müəllim, baş müəllim, dosent, “Dillər” kafedrasının müdiri vəzifələrində çalışmışdır.
1986-cı ildə izahatla bir yerdə “Əfsanələr” (“Gənclik” nəşriyyatı), 1988-ci ildə “Azərbaycan mifoloji mətnləri”ndə materialları, (“Elm” nəşriyyatı), “M.R.Məmmədəliyev” adlı biblioqrayiysı (S.Ağamalıoğlu adına AKTİ-nin nəşriyyatı,Gəncə, 1989), “Aşıq Pəri məclisi” (“Yazıçı” nəşriyyatı, 1991), “Əsli və Kərəm:məhəbbət, yoxsa nifrət” (“Qoliat print” MMC, 2010), “Əfsanələr” və ”Məqalələr” (“Təknur” nəşriyyatı, 2018) adlı kitabları nəşr edilmişdir.