Əhmədova Aygün Mədət qızı
AYGÜN MƏDƏT QIZI ƏHMƏDOVA
baş müəllim
QISA BİOQRAFİK MƏLUMAT
- 17.01.1979 – cu ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olub.
- 1996 – ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində 6 saylı orta məktəbi bitirib.
TƏHSİLİ. ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 2001 – ci ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsini bakalavr pilləsi üzrə bitirmişdir.
- 2003-cü ildə Gəncə Dövlət Universitetinin magistratura şöbəsini bitirmişdir.
- 2012-ci ildən Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim işləyir.
- 2012-2013-cü ildə Gəncə Dövlət Universitetinin dissertantura şöbəsinə daxil olub.
ƏMƏK FƏALİYYƏTİ
- 2003-cü ildən 2012-ci ilə qədər Azərbaycan ədəbiyyatı kafedrasında müəllim işləmişdir.
- Hal-hazırda Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərir.
TƏDQİQAT SAHƏSİ
“Mirzə Məhəmməd Axundovun həyatı və yaradıcılıq yolu” adlı dissertasiya mövzusu üzərində çalışır. Hal-hazırda müdafiə ərəfəsindədir. 11 elmi məqalənin müəllifidir.