PROFESSOR QULİYEV TELMAN ZİYATXAN OĞLU
Qısa bioqrafik məlumat
1949-cu il noyabr ayının 4-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Molla-Əhmədli kəndində anadan olmuşdur. 1967-ci ildə Bolnisi rayonunun Aşağı-Qoşakilsə orta məktəbini bitirmiş və həmin ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olmuşdur. Ailəlidir. İki övladı var.
Əmək fəaliyyəti
1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş və ixtisası üzrə orta məktəbdə müəllim, 1972-ci ildən A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasında laborant, baş laborant, sonra isə dosenti işləmişdir. 1989-cu ilin mart ayında M.Rəsulzadə adına BDU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış Şurada namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi elmi adını almışdır. 1999-cu ildən dosentdir. 1991-ci ildən H.Zərdabi adına GDPİ-nin Qazax filialında humanitar fənlər kafedrasında müəllim, 1992-ci ildən isə həmin kafedranın müdiri əvəzi, 1993-cü ildən 2003-cü ilin sentyabr ayınadək həmin kafedranın müdiri işləmişdir. 14 dekabr 2000-ci ildən 26 sentyabr 2006-ci il tarixə qədər Gəncə Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsində çalışmışdır. 29 sentyabr 2003-cü il tarixdən 23 oktyabr 2008-ci il tarixədək Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının dosentidir. 2007-ci ilin iyun ayında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış müdafiə Şurasında doktorluk dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi elmi adını almışdır. 18 yanvar 2008-ci il tarixdən filologiya elmləri doktorudur. 23 oktyabr 2008-ci il tarixdən 18 oktyabr 2013-cü ilə qədər kafedranın professor əvəzi vəzifəsində çalışmışdır. 18 oktyabr 2013-cü il tarixdən hal-hazıra qədər kafedranın professoru vəzifəsindədir.Universitetin Azərbaycan dili kafedrasının müdiridir.
Elmi fəaliyyəti
O, 6 (altı) doktorant və dissertanta elmi rəhbərlik etmişdir. Onlardan 4 (dörd) nəfər müdafiə etmiş, 2(iki) nəfəri isə dissertasiya işini tamamlayaraq Müdafiə Şurasına təqdim etmişdir. O, filologiya elminin müxtəlif sahələrinə həsr olunmuş 110 (yüz on) elmi əsərin, o cümlədən, 1 (bir) dərsliyin, 5 (beş) metodik və dərs vəsaitin, 18 (on səkkiz) fənn proqramının, 4 (dörd) monoqrafiyanın, 82 (səksən iki) məqalənin müəllifidir. “ Azərbaycanca-Gürcücə məktəbli lüğəti”nin (TDU nəşriyyatı,1989) redaktorudur. 6 (altı) il Gəncə Dövlət Universitetinin “Elmi əsərlər məcmuüəsi”nin baş redaktor müavini olmuşdur. O respublika və beynəlxalq səviyyədə keçirilən elmi konfranslarda iştirak edir. Elmi fəaliyyəti respublikamızda və onun hüdudlarından kənarda rəğbətlə qarşılanır. O, işgüzar təşkilatçı,dərin biliyə malik mütəxəssis,məsuldar alim-pedaqoq kimi taninmışdır. Tələbkarlığı, pedaqoji bacarığı və səmimiyyəti ilə müəllim-tələbə kollektivində özünə hörmət və ehtiram qazanmışdır. Kafedrada yerinə yetirilən elmi-tədqiqat və tədris-metodiki işlərə layiqincə rəhbərlik edir. İntizamlı, özünə qarşı tələbkardır. Azərbaycançılıq ideologiyasını gənc nəslin vətənpərvərlik tərbiyəsinə tətbiq edir. Universitet və fakültə Elmi Şurasının üzvüdür. 1998-ci ildən YAP-ın üzvüdür. Gürcüstan Respublikasında təhsil sahəsindəki xidmətlərinə görə Gürcüstan Respublikası Prezidentinin 07 dekabr 2001-ci il tarixli 1252 №-li Fərmanı ilə «Şöhrət medalı» ilə təltif olunmuşdur. Dilçiliyin müxtəlif problemlərinə aid Respublikamızın və xarici ölkələrin nüfuzlu elmi nəşrlərində dərc edilmiş 126 elmi məqalələrin, monoqrafiyaların, dərs vəsaitləri və metodik vəsaitlərin müəllifidir:
Çap olunmuş əsas kitabları :
- Bədii nəsrdə leksik-semantik söz qruplarının və frazeologizmlərin üslubi rolu. Tbilisi, 1990. – 71 səh.
- Terminoloji yeniləşmə prosesində alınma problemi. Bakı,1998. -71səh.
- Terminoloji yeniləşmədə əvəzetmə meylləri. Bakı, 2000. – 74 səh.
- Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə prosesi. B., 2005.- 283 səh.
- Azərbaycan dilinin orfoqrafiyası və orfoepiyası. Bakı,2011.-34 səh.
- Türk dillərinin leksikası ( dos. A.Nağdalıyevlə müştərək) B., 2012. -202səh.
- Sintaktik yolla sözyaratma. Bakı, 2013.-48 səh.