Fakültə haqqında

 

                                        

Gəncə Dövlət Universitetinin  Filologiya fakültəsi      

Fakültənin tarixçəsi

Filologiya fakültəsi fəaliyyəti dövründə mənalı və şərəfli bir yol keçmişdir. Fakültə 1939-cu ildən fəaliyyət göstərir. Yarandığı vaxtdan indiyə kimi fakültədə on minə yaxın yüksək hazırlıqlı pedaqoji və elmi kadr hazırlanmışdır. Məzunlardan minə yaxını elmi dərəcə almış, 70-dən çoxu isə Azərbaycan Yazıçılar və Jurnalistiər  Birliyinin üzvü olmuş hazırda da vardır. Fakültənin ilk dekanı professor Muxtar Hüseynzadə olmuşdur. 1940/41-ci tədris ilində fakültənin ilk buraxılışı olmuş və 55 nəfər diplom almışdır.

Fakültənin fəaliyyəti dövründə Azərbaycanın görkəmli alimləri – Əli Sultanlı, Məmmədağa Şirəliyev, Muxtar Hüseynzadə, Məmməd Cəfər Cəfərov, Səlim Cəfərov, Kamran Məmmədov, Məmməd Cəfərzadə , Bağır Bağırov, Şəfiqə Yusifli,  Sadıq Şükürov, Sədnik Paşa Pirsultanlı, şair-pedoqoq  Ələkbər Ziyatay, Əhməd Cəmil, filosof-alim Firudin Köçərli, psixoloq-alim Məhəbbət Nəcəfov və başqaları burada dərs demişlər. Şair-dramaturq, əməkdar incəsənət xadimi, professor Nəriman Həsənzadə, yazıçı-dramaturq, dosent Altay Məmmədov, professor Həsən Balıyev, professor Müseyib Məmmədov, şair-jurnalist Məmməd Alim, Sərvaz Hüseynov, Əjdər Ol, Bahadır Fərman, Sahib Axundlu, Hüseyn Hatəmi və başqaları bu fakültənin məzunlarıdır.

 

Fakültənin strukturu

1939-u ildə fakültənin nəzdində iki ixtisas kafedrası yaradılmışdır:

  1. Ümumi ədəbiyyat
  2. Azərbaycan dili

Hazırda fakültənin nəzdində aşağıdakı ixtisas kafedraları fəaliyyət göstərir:

  • Azərbaycan dili kafedrası. Kafedra müdiri prof. Telman Ziyatxan oğlu Quliyevdir. Kafedrada 43 nəfər əməkdaş fəaliyyət göstərir. Onlardan 32 nəfəri professor-müəllim, 11 nəfəri tədris-köməkçi heyətidir. Professor-müəllim heyətindən 2 nəfəri elmlər doktoru, professor, 1 nəfəri elmlər doktoru, dosent, 1 nəfəri fəxri professor, 10 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 3 nəfəri filologiya üzrə fəlsəfə doktoru, baş müəllim, 12 nəfəri baş müəllim, 3 nəfəri müəllimdir.
  •  Azərbaycan və dünya ədəbiyyatı kafedrası.  Kafedra müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent    Səba Namazovadır. Kafedrada  25 nəfər əməkdaş fəaliyyət göstərir. Onlardan 18 nəfəri  professor-     müəllim, 7 nəfəri tədris-köməkçi heyətidir. Professor-müəllim heyətindən 1 nəfəri filologiya elmlər doktoru, professor, əməkdar elm xadimi, 1 nəfəri filologiya elmlər doktoru, professor, 4 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfəri filologiya üzrə fəlsəfə doktoru, dosent (attestatsız),  baş müəllim, 8 nəfəri baş müəllim, 2 nəfəri müəllimdir.

Fakültədə təhsil prosesi

Fakültədə təhsil bakalavr və magistratura səviyyəsində aparılır. Dərslər univeritetin  V tədris binasında (Gəncə şəhəri, Cavadbəy Rəfibəyli  küçəsi, 57 ünvanda) keçilir.

Fakültənin bakalavr  pilləsində 2 ixtisas üzrə kadr hazırlanır.

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
  2. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

Azərbaycan dili və ədəbiyyat müəllimiyi ixtisasında  370,  Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında 104 nəfər tələbə təhsil alır. 2008/2009-cu tədris ilindən eitbarən  fakültədə  Boloniya təhsil prosesinin kredit sistemi tətbiq olunmuşdur.

Elmi tədqiqat işləri

Fakültənin alimləri Azərbaycan dili və ədəbiyyata dair bir çox elmi-tədqiqat işləri aparmış, bu sahəyə aid dəyərli monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, elmi-metodiki göstriş, metodiki tövsiyyələr nəşr etdirmiş,   məqalələr yazmış, elmi konfraslarda iştirak etmişlər.  Hazırda onlar aşağıadakı nəzəri problemlər üzərində  tədqiqat işləri aparırlar:

  1. Azərbaycan dili kafedrası:
  • Müasir qloballaşma mərhələsində ana dilinin informasiya funksiyası.
  • Müasir qloballaşma mərhələsində ana dilinin tədrisi problemləri.

2.Azərbaycan və dünya ədəbiyyatı kafedrası:

  • Orta əsrlər Azərbaycan şeirində janrlar, bədii vasitələr və qafiyə
  • Mirzə Şəfi Vazehin yaradıcılığı
  • 1960- 80 –ci illər dramaturgiyası
  • Ədəbi obraz və tarixi reallıq
  • Müasir Azərbaycan ədəbiyyatı
  • Folklorda mifoloji təsəvvürlərin tədqiqi
  • Mir Cəlal Paşayevin yaradıcılığında hekayə janrı
  • “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbi – ictimai fikir tarixində mövqeyi
  • Maarifçilik ədəbiyyatı
  • B. Vahabzadənin poemalarında mövzu və janr xüsusiyyətləri
  • Müasir ədəbi tənqidimiz
  • Azərbaycan uşaq nəsrinin inkişaf xüsusiyyətlərinin araşdirilması
  • Şifahi xalq ədəbiyyatında aşıq yaradıcılığı
  • M.M. Axundovun bədii yaradıcılıq xüsusiyyətləri
  • C.Cabbarlının mətbuat orqanlarında fəaliyyəti
  • X X əsrdə ədəbi proses
  • Şifahi xalq ədəbiyyatında məhəbbət dastanları

Fakültədə keçirilən tədbirlər

Fakültə rəhbərliyi daim professor-müəllim və  tələbə kollektivinin asudə vaxtının səmərəli təşkili, tələbə-gənclərin hərtərəfli inkişafı üçün rəngarəng tədbirlər – yubileylər, görüşlər, yaradıcılıq gecələri,  “dəyirmi masa”arxasında müxtəlif  mövzulu diskusiyalar və debatlar keçirir. Fakültədə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi,  Mirzə Şəfi Vazeh, Cəlil Məmmədquluzadə,  Mirzə Ələkbər Sabir,  Nəriman Nərimanov, Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Mir Cəlal və başqalarının yubileyləri, prof. Qulu Xəlilovun, şairlərdən Nəbi Xəzrinin, Hüseyn Arifin, Cabir Novruzun, Fikrət Qocanın və başqa şair və yazıçıların yaradıcılıq gecələri və görüşləri keçirilmişdir. Xalq şairləri Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, yazıçı və publisist Qərib Mehdi,  şairlərdən Zahid Xəlil, Əli Başlıbelli, Qəşəm Nəcəfzadə, Məmməd Alim, Sahib Axundlu, Bahadur Fərman, Xəzangül, Aləmzər Əlizadə, İnqilab İsax və başqaları ilə təşkil olunan  görüşlər müəllim və tələbələrdə xoş təəssüratlar yaratmışdır.