Category Archives: Tələbə həyatı

Filologiya fakültəsində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirildi

1988-ci ildən başlamış Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən faciəli, tarixdə analoqu olmayan hadisələrdən biri Xocalıda baş vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları silahsız və köməksiz Xocalıya hücum etmişdir.1992-ci il fevralın 26-sı səhər saat 5-də Xocalı yerlə-yeksan edildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın,70-i qoca və qarı olmaqla, 613 Xocalı

Daha ətraflı

Filologiya fakültəsində 21 Fevral “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi.

Bu gün Filologiya fakültəsində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və Azərbaycan dili kafedrasının müdiri prof. Telman Quliyev çıxış edərək respublikamızda ana dilinə göstərilən diqqət və qayğıdan, bu sahədə hər bir vətəndaşın üzərinə düşən vəzifələrdən danışdılar. Azərbaycan dili kafedrasının dosenti f.e.d.Yadigar Əliyev “Azərbaycan dilinin tətbiq

Daha ətraflı

Gəncə Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Universitetdə 6 yanvar 2025-ci il tarixdən etibarən yazılı formada keçirilən imtahanlar artıq yekunlaşıb və  yanvar ayının 23-dən test üsulunda imtahanların keçirilməsinə başlanılıb. Gün ərzində 3000-ə qədər tələbənin test imtahanlarında iştirakı nəzərdə tutulur. 50 test sualını cavablandırmaq üçün tələbələrə 1 saat vaxt təyin edilir.     İmtahanların gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə

Daha ətraflı

Filologiya fakültəsində Pedaqoji təcrübə ilə bağlı görüş keçirildi

26.11.2024-cü il tarixdə Təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev və Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda təhsil alan tələbələrlə görüş keçirdilər. Görüşdə tələbələrə pedaqoji təcrübə, onun keçiriləcəyi məktəblər və rəhbər müəllimlər haqqında məlumat verildi,tələbələrin sualları cavablandırıldı

Zəfərin mübarək, can Azərbaycan!

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 2020-ci il 8 noyabrda dəmir yumruğumuz düşmənin belini qırdı, başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Hər bir Azərbaycan vətəndaşı kimi fakültəmizin bütün müəllim-tələbə heyəti bu əziz günü böyük coşqu ilə qeyd etdi.

8 Noyabr-Zəfər Günü Filologiya fakültəsində böyük təntənə ilə qeyd olundu

05.11.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin V tədris korpusunda 8 Noyabr-Zəfər Gününə həst olunmuş bayram şənliyi keçirildi. Bayram tədbirini giriş sözü ilə açan humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq,

Daha ətraflı

Filologiya fakültəsinin müəllim və tələbələri “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində

Gəncə Dövlət Universitetində Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat  Fondunun  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov, həmçinin  universtetin Filologiya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy  və Amil İsmayılov  öz şerləri ilə çıxış ediblər.     

Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin sədr və müavinlərinin seçkisi keçirildi

Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin sədr və müavinlərinin seçkisi keçirildi. Fakültə üzrə bu vəzifəyə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kurs tələbəsi Məmmədzadə Səma Eldar qızının, eyni zamanda müavinlərin namizədliyi irəli sürüldü. Qərar səsə qoyuldu və yekdilliklə qəbul edildi.