Filologiya fakültəsində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirildi

1988-ci ildən başlamış Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı ən faciəli, tarixdə analoqu olmayan hadisələrdən biri Xocalıda baş vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları silahsız və köməksiz Xocalıya hücum etmişdir.1992-ci il fevralın 26-sı səhər saat 5-də Xocalı yerlə-yeksan edildi. Bu soyqırımı nəticəsində 63-ü uşaq,106-sı qadın,70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə bütövlükdə məhv edildi,25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirdi, 1275 nəfər əsir götürüldü.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırılması Milli Qəhrəman Çingiz Mustafayevin adı ilə bağlıdır.Onun hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur.

Bu gün Filologiya və Xarici dillər fakültəsində Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı tədbir keçirildi. Humanitar məsələləri üzrə prorektor dos. Gülsüm Fətəliyeva, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi p.f.d. Arzu Babayeva,  Azərbaycan dili kafedrasının laborantı  Əfruz İsmayılova, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 3-cü kurs tələbəsi Əliyeva Aynurə çıxış edərək bu faciənin dəhşətlərindən danışdılar. Qeyd edildi ki, bu soyqırım bütün bəşəriyyətə qarşı qanlı bir cinayətdir. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2-ci kurs tələbəsi  Orucova Gülşən  “Xocalım, ay Xocalım” şeirini, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 3-cü kurs tələbəsi   Həsənov Amin özünün müəllifi olduğu “Xocalı” şeirini söylədilər.

Azərbaycan xalqı bu faciəni unutmur və unutmayacaq!