Bu gün Boz ayın ilk çərşənbəsi – Su çərşənbəsidir.Bu çərşənbəni “Yalançı çərşənbə”,”Əzəl çərşənbə”,”Sular Novruzu” da adlandırırlar.Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır.Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır.Hələ gün doğmamışdan hamı su üstünə gedir,əl-üzünü yuyur,bir-birinin üzərinə su çiləyir,su üstündən atlanırlar.Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər ,azarını-bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.Su çərşənbəniz mübarək!