Azərbaycan və dünya ədəbiyyatı kafedrasının tarixi

AZƏRBAYCAN VƏ DÜNYA ƏDƏBİYYATI KAFEDRASI

 YARANMA TARİXİ

  • Azərbaycan
    və dünya ədəbiyyatı kafedrası “Ümumi ədəbiyyat” adı ilə 1939-cu ildən fəaliyyət
    göstərir və Gəncə Dövlət Universitetinin 
    ilk kafedralarındandır.
  • Kafedranın
    ilk müdiri tanınmış Azərbaycan şairi Əhməd Cəmil olmuşdur.
  • 1943-cü
    ildən etibarən “Azərbaycan ədəbiyyatı” kafedrasına filologiya elmləri doktoru,
    professor Əli Sultanlı rəhbərlik etmişdir. Əli Sultanlı “Antik ədəbiyyat
    tarixi”, “Roma ədəbiyyatı müntəxəbatı”, “Antik ədəbiyyat müntəxəbatı” kimi dərsliklərin,
    “Azərbaycana dramaturgiyasının inkişaf yolları”, “Nizami və Qərbi Avropa ədəbiyyatı”
    və s. dəyərli əsərlərin müəllifi olmuşdur.
  • Filologiya
    elmləri doktoru, professor Davud Hacıyev 
    1948-ci ildən ötən əsrin 90-cı illərinin sonlarına qədər “Azərbaycan ədəbiyyatı”
    kafedrasına rəhbərlik etmişdir. O, Azərbaycan dramaturgiyası və dünya ədəbiyyatı
    sahəsində tanınmış mütəxəssislərdən idi.
  • Filologiya
    elmləri doktoru, professor, Əməkdar elm xadimi Xəlil Yusifli keçən əsrin 90-cı
    illərinin əvvəllərində “Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası”
    kafedrasının müdiri olmuşdur. Azərbaycan ədəbiyyatşünaslığında bir çox ilklərə
    imza atmış Xəlil Yusiflinin tədqiqatlarının əsas istiqaməti Nizami Gəncəvi
    yaradıcılığı ilə bağlı olsa da, bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının
    çeşidli sahələri üzrə araşdırmalarla, tərcüməçilik və ədəbi-tənqidi mətnlərin tərtibi
    ilə yaxından məşğul olmuşdur.
  • Filologiya
    elmləri doktoru, professor Sadıq Şükürov 2002-2011-ci illərdə “Azərbaycan ədəbiyyatı”
    kafedrasının müdiri olmuşdur. O, alim-ədəbiyyatşünas, tənqidçi kimi fəaliyyət
    göstərmiş, Gəncənin tarixi abidələri, maarifi ilə bağlı xeyli sayda
    araşdırmalar aparmışdır.
  • Filologiya
    elmləri namizədi, dosent Tofiq Musayev ədəbi tənqid üzrə mütəxəssis olmuş,
    Mehdi Hüseyn yaradıcılığına dair ardıcıl tədqiqatlar aparmışdır. O,
    2001-2005-ci illərdə “Dünya ədəbiyyatı və mədəniyyətşünaslıq” kafedrasının
    müdiri olmuşdur.
  • Filologiya
    elmləri doktoru, professor Bağır Bağırov Gəncə Dövlət Universitetinin “Şərəfli
    yol” adlı salnaməsinin yaradıcısıdır.  O,
    müasir Azərbaycan poeziyasının tədqiqatçılarındandır. B.Bağırov 2006-2011-ci
    illərdə “Dünya ədəbiyyatı və ən yeni ədəbiyyat” kafedrasının müdiri olmuşdur.
  • Filologiya
    elmləri namizədi, Universitetin Fəxri professoru Nəzakət Əliyeva 2011-2018-ci
    illərdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri olmuşdur. N.Əliyeva
    müasir ədəbiyyatşünaslığın problemləri üzrə mütəxəssis və Mirzə Şəfi Vazeh
    irsinin tədqiqatçısı idi.
  • Filologiya
    elmləri namizədi, Universitetin Fəxri professoru Maqbet Əhmədov 2018-2023-cü
    illərdə  Azərbaycan və dünya ədəbiyyatı
    kafedrasının müdiri olmuşdur. M.Əhmədov Azərbaycan folklorunun tədqiqatçısı
    idi. Bununla yanaşı, o, müasir Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalar da
    aparmışdır.
  • Filologiya üzrə fəlsəfə doktoru, dosent Səba
    Azad qızı Namazova 2023-cü ilin mayından etibarən Azərbaycan və dünya ədəbiyyatı
    kafedrasına rəhbərlik edir. Səba Namazova XX əsr Azərbaycan ədəbiyyatı, mətbuat
    tarixi və publisistika məsələləri, kulturologiya sahəsində sistemli tədqiqatlar
    aparır. O, Fyodor Mixayloviç Dostoyevskinin yaradıcılığı (Gəncə, 2011, 42
    səh.), Əli Razi Şamçızadə “Molla Nəsrəddin”də. Əsərlərindən nümunələr
    (Bakı: Elm və təhsil, 2017, 133 səh.), “Molla Nəsrəddin” jurnalı və Gəncə ədəbi
    mühiti (Bakı: Elm və təhsil, 2018, 168 səh.), XX əsr Azərbaycan ədəbiyyatı
    məsələləri (Bakı: Elm və təhsil, 2019, 248 səh.), Kadim Vatan Karabağ
    Karabağ Savaşı Şehit ve Gazileri̓ne Ancient Homeland Karabakh To the
    Martyrs and Veterans of the Karabakh War (Divan Kitap. SBN:
    978-605-4239-65-8, 1. Baskı, 2022, Ankara. İstanbul. 572 sayfa) adlı
    metodik vəsait, elmi tərtib kitabı, monoqrafiya, dərs vəsaitinin müəllifidir.