Tədris işləri və humanitar işlər üzrə dekan müavinləri
Məmmədova Mehriban Oqtay qızı
6 iyul 1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1988-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirmişdir. 1988-ci ildən Gəncə şəhər 27 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1999-cu ildən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında baş müəllim işləyir.
“Kitabi-Dədə Qorqud”un leksikası müasir türk dillərində adlı namizədlik dissertasiyası üzərində işini tamamlamışdır. 5 fənn proqramının tərtibində iştirak edib. 20-dən çox məqalə müəllifidir. 2 övladı var.
Mətanət Nəriman qızı Mahmudova
Vəzifəsi. F.ü.f.d.,Baş müəllim
Filologiya fakültəsinin humanitar işləri üzrə dekan müavini
E-mail: metanet.mahmudova.76@mail.ru
Qısa bioqrafik məlumat.
03 yanvar 1976-cı ildə Xanlar rayin Sərkar kəndində ziyalı ailəsində anadan olmuşdur. Ailəlidir, üç ovladı var. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təhsili: 1982-1993-cü illərdə Sərkar kənd Nizami adına orta məktəbi bitirib. 1993- 1997-ci illərdə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsili alıb. 2003-cü ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili ixtisası üzrə magistratura şöbəsini bitirib