Azərbaycan dili kafedrasının tarixi

KAFEDRANIN TARİXİ HAQQINDA MƏLUMAT

GəncəDövlət Universitetində Azərbaycan dili kafedrası 1966-cı ildən Azərbaycan dili və onun tədrisi metodikası adı altında fəaliyyətə başlamışdır. 1966-1967-ci tədris ilindən etibarən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin 25 oktyabr 1966-cı il tarixli, 315-   li əmri ilə Azərbaycan dili və ədəbiyyatı kafedrası bazasında yaradılmışdır.

Kafedraya dosent Hidayət Cəfərov, dosent Əli Cəfərli və dosent Şəfiqə Yusifli təhbərlik etmişlər.

1971-ci ildən Azərbaycan dili və onun tədrisi metodikası bazası əsasında Azərbaycan dilçiliyi kafedrası yaradılmışdır. Kafedraya dosent Əli Cəfərli, dosent Vahid Mursaqulov rəhbərlik etmişlər.

1988-ci ildə iki kafedra yenidən birləşmişdir. Kafedranın adı əvvəlki kimi Azərbaycan dili və onun tədrisi kafedrası adlandırılmışdır. Kafedraya 1997-ci ilə kimi professor Məmməd Cəfərzadə rəhbərlik etmişdir. 1997-ci ildən 2014-cü ilə kimi professor Mübariz Yusifov kafedraya rəhbərlik etmişdir. 2014-cü ilin aprel ayından bu günə kimi prof. Telman Ziyatxan oğlu Quliyev kafedraya rəhbərlik edir.

Hazırda kafedra 2 (iki) nəfər elmlər doktoru, professor, 1 (bir) nəfər,f.e.d.,dosent, 9 (doqquz) nəfər f.ü.f.d., dosent, 3 (üç) nəfər baş müəllim, f.ü.f.d., 1 (bir)  nəfər p.ü.f.d., müəllim, 3 (üç) nəfər baş müəllim, 11 (on bir) nəfər müəllim, 7 (yeddi) nəfər böyük laborant və 3 (üç) nəfər lobaront, 1 (bir) nəfər operator çalışır.