FAKÜLTƏMİZDƏ KEÇİRİLƏN ELMİ-NƏZƏRİ KONFRANS İŞTİRAKÇILARI İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ
Filologiya fakültəsində 14 yanvar 2026-cı ildə “Ana dilinin saflığının qorunmasında norma prinsipləri” mövzusunda keçirilən elmi-nəzəri konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edib. “Möhtərəm cənab Prezident! Siz daim Ulu Öndər Heydər Əliyevin ana dilinə yüksək qayğıkeşlik ideyasını ardıcıllıqla davam etdirərək, müasir beynəlxalq informasiya-kommunikasiya və inteqrasiya şəraitində Azərbaycan dilinin zənginliyinə söykənən təmizliyinin qorunması ilə
