“TÜRK DİLLƏRİ AİLƏSİ: ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ” ADLI KONFRANS KEÇİRİLDİ

16 yanvar 2026-cı il tarixində Türkiyə Respublikasının Gəncədəki Baş Konsuluğu və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Türk dilləri ailəsi: ortaq keçmişdən ortaq gələcəyə” adlı konfrans keçirildi.
Universitetin Humanitar məsələlər üzrə prorektotu dosent Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək bildirdi ki,Türk dünyası ortaq tarixə, eyni köklərə və oxşar mədəniyyətə sahib böyük bir ailədir.Bizi birləşdirən əsas dəyərlər dilimiz və adət-ənənələrimizdir.
Konfransda Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop çıxışında vurğuladı ki, min illərlə bir-birinə bağlı olan türk xalqları bu gün də ortaq dil və idellar ətrafında birləşməkdədirlər.
Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev “Müasir dövrdə türk dilləri”, dosent Yadigar Əliyev “Türk xalqlarının ortaq ünsiyyət dili məsələsi: problemlər və perspektivlər”, dosent Aytən Əhmədova “Türk dili ailəsinin Oğuz qrupuna daxil olan xalqların bir qrup sözlərinin semantikası” mövzusunda məruzələri dinlənildi.
Konfrans çərçivəsində onlayn formatda çıxış edən Kafkaz Universitetinin professoru İlkin Qulusoy, dosent Muhammed Alpaslan Kartal, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və Özbəkistan Elmlər Akademiyası, Özbək dili, ədəbiyyatı və Folklor institutunun dosenti Gülnoz Sattarova məruzələrlə çıxış etdilər.
Konfransın sonunda Türkiyə Ardahan Universitetinin professoru Şurəddin Məmmədlinin “Gürcüstanda Azərbaycan ədəbiyyatı məsələləri” və Ege Universitetinin əməkdaşı Asuman Gürman Şahinin “Keçmişdən günümüzə dil birliyimiz” mövzularında çıxışları video çarx şəklində nümayiş etdirildi.