“NATİQLİK VƏ ONUN NÖVLƏRİ. NATİQLİK SƏNƏTİNƏ VERİLƏN TƏLƏBLƏR. NATİQLİYİN NÖVLƏRİNƏ AİD NÜMUNƏLƏRİN HAZIRLANMASI” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

8 dekabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının baş müəllim Hüseynova Günay Şəmistan qızının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının kurs IV qrup 1-də Nitq mədəniyyəti fənnindən, “Natiqlik və onun növləri. Natiqlik sənətinə verilən tələblər. Natiqliyin növlərinə aid nümunələrin hazırlanması ” mövzusunda açıq dərsi oldu. Dərsdə fakültə dekanı əvəzi dosent(at-sız). Məmmədova Mehriban və Azərbaycan dili

Daha ətraflı

5 DEKABR BEYNƏLXALQ KÖNÜLLÜLƏR GÜNÜDÜR

Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günükimi qeyd olunur. BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər ildekabrın 5-i Beynəlxalq Könüllülər Günü kimi qeydolunması barədə qətnamə qəbul edib. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç birmaddi qazanca əsaslanmayan və cəmiyyətin rifahınındaha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosialfəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarənkönüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Dünya əhalisinin 14,3 faizi qeyri-rəsmi şəkildə təşkilolunan könüllü layihələrdə iştirak edir. Ümumdünya Könüllülər Bəyannaməsində deyilir ki, könüllülər mükafat gözləmədən öz istedadlarını, vaxtlarınıvə enerjilərini fərdi və kollektiv fəaliyyətə sərf etməkhüququna malikdirlər. Universitetimizdə Tələbə Krediti üzrə könüllü tələbələrimiz göstərdiyi könüllü xidmətə görə Fond tərəfindən təltif ediliblər. Fakültə könüllüsü Məmmədova Aysu Elnur qızı da təltif olunanalar sırasında yer alıb. Təbrik edirik.

“AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNDƏ FRAZEOLOJİ BİRLƏŞMƏLƏR” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

4 dekabr 2025-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi professor əvəzi Yadigar Vəli oğlu Əliyevin “Azərbaycan və türk dillərində frazeoloji birləşmələr” mövzusunda elmi-nəzəri seminarı olmuşdur. Elmi seminarda kafdaranın professor-müəllim heyəti iştirak edirdi. Seminarda Türkiyə türkcəsində və Azərbaycsn dilində işlənən frazeoloji birləşmələrin oxşar və fərqli semantik-struktur xüsusiyyətləri, əmələgəlmə yolları müqayisəli şəkildə təhlil olunmuş, müxtəlif mənalı eyni

Daha ətraflı

“VERBAL VƏ QEYRİ-VERBAL NİTQİN ƏSAS XÜSUSİYYƏTLƏRİ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLDİ

27 noyabr 2025-ci il tarixdə Azərbaycan dili kafedrasının müəllimi Nəbiyeva Ayşən Bəxtiyar qızının “Verbal və qeyri-verbal nitqin əsas xüsusiyyətləri” mövzusunda elmi-nəzəri seminarı olmuşdur. Elmi seminarda məruzəçi verbal nitqin növləri, yazılı və şifahi verbal nitqin xüsusiyyətləri, qeyri-verbal kommunikasiyanın vəzifələri, paralinqvistik vasitələrin funksiyaları haqqında məlumat verdi. Həmçinin, tez-tez istifadə olunan məşhur jestlərin mənalarına slayd vasitəsilə aydınlıq gətirdi

II KURS TƏLƏBƏLƏRİ MİR CƏLAL PAŞAYEVİN EV MUZEYİNDƏ OLMUŞLAR

26 noyabr 2025-ci il tarixində Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar Təşkilatının təşəbbüsü ilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya(Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kurs tələbələri Mir Cəlal Paşayevin ev muzeyində olmuşlar.Muzeyin işçiləri tərəfindən tələbələrə Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında məlumat verildi. Tələbələr yazıçının həyat və fəaliyyətini əks etdirən eksponatlarla və

Daha ətraflı

VI KURS TƏLƏBƏLƏRİNƏ PEDAQOJİ VƏ İSTEHSALAT TƏCRÜBƏSİ HAQQINDA MƏLUMAT VERİLDİ

25 noyabr 2025-ci il tarixində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurs tələbələrinin Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayevlə görüşü oldu.dosent Cabbar Qarayev hər iki ixtisasın tələbələrinin fevralın 16-da başlayacaq pedaqoji və istehsalat təcrübələri haqqında məlumat verdi, təcrübə keçiriləcək məktəb və rəhbər müəllimləri elan etdi.Görüşün sonunda

Daha ətraflı

“FEİL. FEİLİN QURULUŞCA NÖVLƏRİ.FEİLİN KATEQORİYALARI” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

25 noyabr 2025-ci il tarıxındə Azərbaycan dili kafedrasının müəllimi Səbinə Ceyhun qızı Səlmanovanın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda Müasir Azərbaycan dili-4(morfologiya) fənnindən “Feil. Feilin quruluşca növləri.Feilin kateqoriyaları” mövzusunda açıq dərsi keçirilmişdir.Açıq dərsdə tələbələr feil haqqında ümumi məlumat verdilər. Daha sonra feilin quruluşca növlərindən bəhs edərək lövhədə cümlələr üzərində təhillər aparıldı.Feilin inkarlıq növ,

Daha ətraflı

KALVALI ƏLİ DƏDƏNİN ANADAN OLMASININ 150 İLLİYİNƏ HƏSR OLUNMUŞ I BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLDİ

20-21 noyabr 2025-ci il tarixlərində AMEA Folklor İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr

Daha ətraflı