27 Sentyabr-Zəfər yolunun başlanğıcı

27 sentyabr 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və şərəf işimiz olan bu mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz düşmənə sarsıdıcı zərbələr endirmişlər.

Bu gün Filologiya fakültəsində Vətən müharibəsi qəhrəmanlarının “Anım Günü” keçirildi. Tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərov, Rus dili kafedrasının müdiri dosent Kəmalə Əhmədova çıxış edərək bildirdilər ki,  30 illik münaqişəni 44 günə sona çatdıran bu  müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Bu savaş Azərbaycan Ordusunun şücaətini, Azərbaycan xalqının qüdrətini və Ali Baş Komandan İlham Əliyevin siyasi gücünü, iradəsini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır. Haqq və şərəf işimiz olan və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıqlıqla şəhadətə ucalan oğullarımızın xatirəsi həmişə bizim üçün əziz olacaqdır.

Tədbirdə Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Amin Həsənov özünün müəllifi olduğu “Şəhidlər” şeirini, 1-ci kurs tələbələri Fidan Ağayeva “Qarabağ azaddır” , Sadıqova Günay “Biz qayıtmışıq”  şeirlərini söylədilər, Xarici dillər fakültəsinin tələbələrinin iştirakı ilə  kompozisiya nümayiş etdirildi.