Kateqoriya Arxivləri: TƏDBİRLƏR

Filologiya fakültəsində “Məişət zorakılığına qarşı mübarizə” adlı tədbir keçirilib.

Filologiya fakültəsində məişət zorakılığı, insan alveri və s. məsələlərə həsr olunmuş tədbir keçirildi. Çıxış edənlər qeyd etdilər ki , dünyada geniş yayılmış problemlərdən biri – məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada məişət zorakılığına, insan alverinə və […]

Davamı

Filologiya fakültəsində Pedaqoji təcrübə ilə bağlı görüş keçirildi

26.11.2024-cü il tarixdə Təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev və Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının IV kursunda təhsil alan tələbələrlə görüş keçirdilər. Görüşdə tələbələrə pedaqoji təcrübə, onun keçiriləcəyi məktəblər və rəhbər müəllimlər haqqında məlumat verildi,tələbələrin sualları cavablandırıldı

Davamı

Filologiya fakültəsinin müəllim və tələbələri “Füzuli-530” yubiley tədbirində

26.11.2024-cü il tarixdə Gəncə Dövlət Universitetində “Füzuli-530” adlı tədbir keçirildi. Tədbirdə müəllim və tələbələrimiz Füzulinin yaradıcılığı ilə bağlı çıxışlar etdilər, tələbələrin ifasında Məhəmməd Füzulinin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirildi,şeirlər söyləndi.Tədbirin sonunda tələbələrə sertifikatlar təqdim edildi.

Davamı

Zəfərin mübarək, can Azərbaycan!

Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi. 2020-ci il 8 noyabrda dəmir yumruğumuz düşmənin belini qırdı, başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Hər bir Azərbaycan vətəndaşı kimi fakültəmizin bütün müəllim-tələbə heyəti bu əziz günü böyük coşqu ilə qeyd etdi.

Davamı

8 Noyabr-Zəfər Günü Filologiya fakültəsində böyük təntənə ilə qeyd olundu

05.11.2024-cü il tarixdə Gəncə Dövlət Universitetinin V tədris korpusunda 8 Noyabr-Zəfər Gününə həst olunmuş bayram şənliyi keçirildi. Bayram tədbirini giriş sözü ilə açan humanitar məsələlər üzrə prorektor dos.Gülsüm Fətəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, […]

Davamı

Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyevin 75 illik yubileyi qeyd olundu

Azərbaycan dili kafedrasında prof.Telman Quliyevin 75 illik yubileyi keçirildi.Tədbirdə iştirakçılar Telman müəllimin elmi fəaliyyətindən və mənəvi keyfiyyətlərindən danışdılar,onun yüksək intellektual səviyyəyə malik olduğunu, kafedra müdiri olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini, kollektivlə münasibətlərində qayğıkeş və səmimi olduğunu qeyd etdilər. Yeni yaşınız mübarək olsun, hörmətli Telman müəllim!

Davamı

Filologiya fakültəsinin müəllim və tələbələri “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimində

Gəncə Dövlət Universitetində Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat  Fondunun  “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib. Mərasimdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının  müəllimi, şair Vüsal İsgəndərov, həmçinin  universtetin Filologiya fakültəsinin tələbələri “Gəncliyin səsi” ədəbi birliyinin üzvü Amin Həsənov, Təhminə Kamalsoy  və Amil İsmayılov  öz şerləri ilə çıxış ediblər.     

Davamı