Filologiya fakültəsində “Məişət zorakılığına qarşı mübarizə” adlı tədbir keçirilib.

Filologiya fakültəsində məişət zorakılığı, insan alveri və s. məsələlərə həsr olunmuş tədbir keçirildi. Çıxış edənlər qeyd etdilər ki , dünyada geniş yayılmış problemlərdən biri – məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada məişət zorakılığına, insan alverinə və s. qarşı mübarizə aparılır, tədbirlər görülür. Bununla belə, bu problemlərin həll edildiyini söyləmək çətindir. Bu həll ancaq kollektiv mübarizə ola bilər. Ona görə də hər bir vətəndaş bu mübarizədən kənarda qalmamalı, bu problemin həllində iştirak etməlidir.