“Yaşıl dünya naminə həmrəy olaq!“

                 

19 sentyabr 2024-cü il tarixdə saat 1200-da Filologiya və  Xarici  fakültəsinin birgə təşkilatçılığı ilə   “Yaşıl dünya naminə həmrəy olaq!“ adlı tədbir keçirilmişdir. Tədbir qlobal əhəmiyyəti olan bir məsələyə- bütövlükdə Yer planetinə aid bir məsələyə həsr olunmuşdu. Tədbirdə Gəncə Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru dos. Gülsüm Fətəliyeva, Filologiya fakültəsinin dekanı dos.Zakir Ələsgərov,  Rus dili kafedrasının dosenti Sevda Əliyeva,  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent  Səba Namazova,  Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova,   Azərbaycan dili kafedrasının müəllimi Ruhanə Xambatova çıxış edərək qeyd etdilər ki, təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin flora və faunasını qorumalıyıq. Dövlət başçısı İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq hər bir kəs bu təşəbbüsdə fəal iştirak etməlidir.    

Tədbirin sonunda Filologiya fakültəsinin tələbələri təbiətə, ekologiyaya həsr olunmuş şeirlər söylədilər, mütəfəkkirlərin fikirlərini səsləndirdilər.