27 SENTYABR “ ANIM GÜNÜ ” ilə əlaqədar tədbir keçirilmişdir

24 sentyabr 2025- ci il tarixində fakültəmizdə 27 sentyabr- Anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır. Tədbirdə aşağıdakı çıxışlar olmuşdur:Giriş sözü: dosent Gülsüm FətəliyevaHumanitar məsələləri üzrə prorektor

20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin sabitliyi, nüfuzu və dayanıqlılığı, ilk növbədə, onların hüquqi əsaslarının möhkəmliyindən və suverenlik anlayışının qorunmasından asılıdır. Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual

Daha ətraflı

 Yeni tədris iliniz uğurlu olsun!

Gəncə Dövlət Universitetində  2025/2026-cı  tədris ilinin başlanması və “Bilik Günü”nə həsr edilən tədbir keçirilib.  Azərbaycanda dövlətin təhsilə diqqət və qayğısı bu sahənin ən inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə geniş imkan yaradıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait

Daha ətraflı

AZƏRBAYCAN MİLLİ MƏTBUAT GÜNÜ

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı.150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi

Daha ətraflı

AZƏRBAYCANIN XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

4 iyul 2025-ci il tarixində Filologiya fakültəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm  Fətəliyeva Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırdı. Gülsüm Fətəliyeva  qeyd etdi ki, Bəxtiyar Vahabzadə bütün yaradıcılığı ilə

Daha ətraflı

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı

Daha ətraflı

FAKÜLTƏ ELMİ ŞURASI KEÇİRİLMİŞDİR

21 iyun 2025- ci il tarixində Filologiya fakültəsi elmi şurasının iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏ 2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filoligiya ( Azərbaycan dili və ədəbiyyatı) ixtisaslarının IV kurslarında pedaqoji və istehsalat təcrübələrinin yekunu haqqında 3. Rektorluğun 04.03.2025- ci il tarixli 5/107 saylı əmri ilə yaradılmış operativ işçi qrupu tərəfindən hazırlanmış Filologiya fakültəsinin “

Daha ətraflı

MİLLİ QURTULUŞ GÜNÜ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN XİLAS GÜNÜDÜ

Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan

Daha ətraflı

ÖLKƏMİZDƏ QURBAN BAYRAMI QEYD OLUNUR

6-7 iyun 2025-ci il tatixində İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.Mərasimlərdə qoyun,keçi, inək, dana,qoç və ya dəvə kəsilir. Qurbandan

Daha ətraflı