Əsas binanın akt zalında Azərbaycan dili kafedrasının dosenti Məlikova Gülarə Aqaid qızının Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş ictimaiyyət üçün açıq dərsi keçirilmişdir. “Cümlə üzvlərinin aktual üzvlənməsi. Sadə cümlənin sintaksisi” mövzusuna həsr edilmiş açıq dərsə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, Humanitar məsələlər üzrə prorektor dosent Asif Cavadov, kütləvi informasiya vasitələrinin nümayəndələri, orta məktəblərin bir neçə nəfər ixtisas müəllimi, Azərbaycan dili kafedrasının əməkdaşları və tələbələr dəvət edilmişdilər.
Dərs təqdirəlayiq səviyyədə keçdi. Professor Mübariz Yusifov, professor Telman Quliyev, prorektor Fəxrəddin Məmmədov, həmçinin orta məktəb müəllimləri öz çıxışlarında dərsi geniş təhlil edərək münasibətlərini bildirdilər. Müasirr texhologiyadan istifadə, aydın nitq, məntiqi ardıcıllıq, fikri sadə şəkildə ötürmə bacarığı dərsin müsbət məziyyətləri kimi qiymətləndirildi.
Orta məktəb müəllimləri orta məktəblərlə Universitetin yaratdığı bu gözəl əlaqə və ənənənin səmərəli bəhrə verəcəyini qeyd etdilər. İfadə olundu ki, açıq dərslər həm də fikir mübadiləsi, təcrübələrdən istifadə və təcrübələrin ötürülməsi üçün ən münasib vasitədir.