Müəllimlərimiz Qarabağ Təhsil Forumunda

GDU-nun Azərbaycan dili kafedrasının bir qrup müəllimi Şuşa – Füzuli arasında möhtəşəm bir məkanda keçirilən tədbirdə iştirak etdilər. Sonda hər kəs sertifikat ilə təltif olundu.

Tədbirdən əvvəl isə iştirakçılar Şuşa qalası, Natavan bulağı, Cıdır düzü, Vaqifin türbəsi, Yuxarı Gövhər ağa məscidi və s. məkanları ziyarət etdilər.

Mədəniyyət paxtaxtımız və qürur yerimiz olan Şuşa şəhərində gəzinti və möhtəşəm Qarabağ Təhsil Forumu-2024 bütün iştirakçıların yaddaşlarına gözəl təəssüratlarla həkk olundu.