İMTAHAN SESSİYASINI İZLƏMƏK ÜÇÜN MEDİATUR TƏŞKİL OLUNUB

Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib.

Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi”, eləcə də “Novosti Qyandja” qəzetlərinin məsul əməkdaşları, digər KİV nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər.

Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyiblər. Bununla yanaşı onlar imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.

Sonda mediatur iştirakçıları imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Tələbə valideynləri imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.