Quliyeva Pərvanə Elmar qızı

b\m PƏRVANƏ ELMAR QIZI QULİYEVA
QISA BİOQRAFİK MƏLUMAT
- 15.08.1973 – cü ildə Gəncə şəhərində anadan olub.
- 1990 – cı ildə Gəncə şəhəri 28 saylı orta məktəbi bitirib.
TƏHSİLİ. ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1995 – cı ildə Gəncə Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
ƏMƏK FƏALIYYƏTİ
- 1995-ci ildən 1997-ci ilə qədər Gəncə şəhər Yüngül Sənaye texnikumunda müəllim işləmişdir
- 1997-ci ildən 2000-ci ilə qədər Gəncə Texniki Kollecində müəllim işləmişdir
- 2000-ci ildən 2003-cü ilə qədər Gəncə şəhər M.C.Paşayev adına orta məktəbdə müəllim işləmişdir
- 2003 – cü ildən bu günə qədər Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında baş müəllim işləyir.
SEÇİLMİŞ ELMİ ƏSƏRLƏRİ.
22 elmi məqalənin, “Azərbaycan ədəbiyyatı və Rəsul Rza dünyası”, “Sabir ədəbi məktəbi və ictimai-siyasi lirika məsələsi”, “Ana” dramındaH.Cavidinqəhrəmanlıqidealı”, “Şifahi xalq ədəbiyyatında aşıq şeiri şəkilləri”, “M.S.Ordubadi “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələrindən biri kimi”, “Elm və mədəniyyət tarixində xidmətləri olan (Ü. Hacıbəyov, S.Vurğun, M.Arif) şəxsiyyətlərin yaradıcılıqları haqqında”, “Atalar sözü və məsəllərdə mifoloji izlər”, “İ.Əfəndiyevin dramlarında lirik qəhrəman problemi”, “H.Cavid-qadın azadlığının əzəli carçılarından biri kimi”, “Cahandar ağa obrazı ədəbiyyatımızın şah obrazlarından biri kimi”, “İmadəddin Nəsimi söz sənətinin böyük ustadlarından biri kimi”, “M.Ə.Rəsulzadənin millət və milliyyət anlayışlarıyla bağlı görüşləri”, “Şuşa – tariximizin mədəniyyət beşiyi”, “Milli qürur və iftixar mənbəyimiz – Heydər Əliyev!”, həmçinin Ədəbiyyatşünaslığa giriş (Həmmüəllif)- (qrifli) fənn proqramının müəllifidir
BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARINDA İŞTİRAKI
- 4th İSPEC İnternational Congress on Contemporary Scientific Research, November 14-15, 2023 / Ganja, Azerbaijan