Hüseynova Yeganə Sabir qızı

YEGANƏ SABİR QIZI HÜSEYNOVA

Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT

  • 1965-ci il noyabrın 25-də anadan olmuşdur.
  • 1971-ci ildə məktəbin birinci sinfinə daxil olmuş və 1981-ci ildə orta məktəbi əla qiymətlərlə başa vurmuşdur.

TƏHSİLİ və ELMİ DƏRƏCƏ ADLARI

  • 1985-ci ildə Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakultəsinə daxil olmuş, 1990 cı ildə Gəncə Dövlət Pedoqoji İnstitunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1992-1996- cı illərdə Gəncə Dövlət Universitetinin Doktorantura şöbəsində qiyabi təhsil almışdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 1990-cı ildə təhsil aldığı universitetin “Azərbaycan ədəbiyyatının tədrisi metodikası” kafedrasında lobarant, Baş lobarant vəzifələrində çalışmışdır.
  • 1995- 2000-ci illərdə saathesabı dərslər aparmışdır.
  • 2000-2003-cü illərdə müəllim kimi fəaliyyət göstərmişdir.
  • 2003- cü ildən Baş müəllim vəzifəsində çalışmışdır

TƏLTİFLƏRİ       

  • Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin Təhsildə, ictimai işlərdə səmərəli fəaliyyətinə görə “Fəxri Fərman” la təltif edilmişdir.
  • “Qafqaz-Media” İB-nin təsis etdiyi “HEYDƏR ZİRVƏSİ” diplomu ilə təltif olunmuşdur.

TƏDQİQAT SAHƏSİ

  • Yeni dövr Azərbaycan ədəbiyyatı
  • Bəxtiyar Vahabzadənin poemaları

ELMİ ƏSƏRLƏRİ

  • 100-dən çox elmi əsərin müəllifidir. O cümlədən “Bəxtiyar Vahabzadə yaradıcılığının orta məktəbdə tədrisi məsələləri” (Bakı, Elm və təhsil, 2019)
  • “XIX əsr Azərbaycanda ədəbiyyatı” (Çap evi, Gəncə 2023)
  • “Bəxtiyar Vahabzadənin poemaları” (Çap evi, Gəncə 2023)adlı monoqrafiyası nəşr olunmuşdur.

Həmçinin aşağıdakı fənn proqramlrı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gəncə Dövlət Universiteti Elmi Şurasının qərarı ilə təsdiq olunmuş və nəşr edilmişdir

  • Azərbaycan ədəbiyyatı tarixi -3, (2012)
  • Azərbaycan maarifçilik ədəbiyyatı (2019)
  • XIX Əsr Azərbaycan ədəbiyyatı tarixi  (2023)
  • Ölkə ədəbiyyatı tarixi -3 (2023)

BEYNALXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:

Azərbaycan Respublikasında, eləcə də ölkə hüdudlarından kənarda keçirilmiş onlarla beynəlxalq və respublika elmi konfranslarında iştirak etmiş, sertifikat və təşəkkürnamələrlə təltif edilmişdir