Hüseynova Gülnur Səfdər qızı

 GÜLNAR SƏFDƏR QIZI HÜSEYNOVA

müəllim

QISA BİOQRAFİK MƏLUMAT

  • 1987-ci il fevralın 26-da Gəncə şəhərində anadan olmuşdur
  • 2005-ci ildə  K.D.Uşinski adına 29 saylı orta məktəbi bitirmişdir

TƏHSİL VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 2006-2010-cu illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakultəsində təhsil almışdır.
  • 2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin magistr pilləsində təhsil almışdır.
  • Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2013-cü ildən Gəncə Dövlət Universitetində rektor köməkçisi kimi fəaliyyətə başlamışdır.
  • 2014-cü ildən Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsində çalışır.
  • Bakalavr pilləsində Uşaq ədəbiyyatı, Ölkə ədəbiyyatı, Mədəniyyətşünaslıq, Azərbaycan ədəbiyyatında intibah kimi fənləri tədris edir.

BEYNƏLXALQ VƏ RESPUBLİKA SİMPOZİUM VƏ KONFRANSLARINDA İŞTİRAKI

  • 2016-cı ildə Qafqaz Universitetində Azərbaycan xalqının Ümum­­­­­­­­­­­­­­­­­­­­­­­­­­milli Lideri Heydər Əli­yevin anadan olmasının 93 illiyinə həsr olunmuş Gənc tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında iştiraka görə sertifikat almışdır.
  • 22-23 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Lənkəran Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilmiş “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda  Respublika Elmi Konfransında məruzə etdiyinə görə sertifikat almışdır.
  • 23-24 oktyabr 2018-ci il tarixdə “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi konfransda məruzə etdiyinə görə sertfikat almışdır.
  • 2019-cu ildə Ümummilli lider Heydər Əli­yevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş Gənc tədqiqatçıların II Respublika Elmi-praktik Konfransında iştiraka görə sertifikat almışdır.
  • 14 məqalənin müəllifidir.

ELMİ ƏSƏRLƏRİ

1. “Yazıçı- tərcüməçi Cahanbaxş və XX əsr Gəncə ədəbi mühiti”. Filologiya məsələləri. Bakı 2015

2.“Yazıçı-dramaturq Altay Məmmədovun XX əsr Gəncə ədəbi-mədəni mühitində yeri”- Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı. Bakı-2016.

3. “XX əsrin 60-70-ci illərində Gəncə ədəbi mühiti”- Gənc alimlərin  I beynəlxalq elmi konfransı. Gəncə-2016

  4. “Altay Məmmədov nəsrinin mövzu dairəsi”- Azərbaycanşünaslığın aktual problemləri . Bakı-2017                         

  5. “Altay Məmmədov yaradıcılığında folklor”. Gənc alimlərin II beynəlxalq elmi konfransı Gəncə – 2017

 6.“Gəncə ədəbi mühitinin 1960-2000-ci illər dövri nümayəndələrinin yaradıcılığına dair”. Lənkəran-2017

7. Науковı записки- Тернопiль- 2017

 8. Лıтература в контекстı культури- Киiв -2018

  9.“XX əsrin 80-90-cı illərində Gəncə ədəbi mühitində Sahib İbrahimli dramaturgiyası” Gənc alimlərin beynəlxalq elmi konfransı. Bakı-2018

 10. “Sahib İbrahimli yaradıcılığının mövzu dairəsi” – Gənc tədqiqatçıların II respublika elmi-praktik konfransının materialları – Bakı 2019

 11. “Xəzangül poeziyasının mövzu dairəsi”. Gənc alimlərin IV respublika elmi-praktik konfransı – Gəncə -2019

12. “Fəridə Əliyarbəyli yaradıcılığında Gəncə”- Dil və ədəbiyyat Beynəlxalq elmi nəzəri jurnal, Bakı-2019

13. “Gülab nəfəsli hekyələr” AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri, Bakı-2021 14.Ganja literary environment: from the past to the present (Gəncə ədəbi mühiti keçmişdən bu günə) – 6th ASİA PACİFİC İnternational Modern Sciences Congress – 2021