Monitorinq qrupu Filologiya fakültəsində

05.04.2022-ci il tarixdə  dos. A.Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu Filologiya fakültəsinin hər iki ixtisasında  keçilən dərslərdə iştirak etdi. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurslarında  baş müəllim Göyçək Pirverdiyevanın Pedaqogika, Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının II kurslarında baş müəllim Vidadi Sarıyevin Mülki müdafiə fənnindən mühazirələri dinlənildi. Dərslərdən sonra fakültə dekanı dos.Zakir Ələsgərovun iştirakı ilə dinlənilmiş dərslərin müzakirəsi oldu. Monitorinq üzvləri  hər iki dərsin yüksək səviyyədə keçildiyini, müəllimlərin hazırlıqlı olduğunu və sənədlərin qaydasında olduğunu qeyd etdilər.Sonda fakültə dekanı  aparılan monitorinqin tədrisin keyfiyyətinə müsbət təsirini  qeyd etdi və monitorinq qrupunun üzvlərinə  təşəkkür etdi.