GDU-nun Filologiya fakültəsinin müəllim və tələbələri Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı tədbirdə

13.04.2022-ci il tarixdə Gəncə Dövlət Universitetinin  Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının dosenti Qvami Qazıyev  və Filologiya fakültəsinin bir qrup tələbələri   Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialında XIX əsr Azərbaycan bədii fikrinin görkəmli simalarından olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Xan qızı Xurşidbanu Natəvan” başlığı altında tədbirdə iştirak etdilər.  Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Filologiya üzrə fəlsəfə doktoru Qvami Qazıyev “Xan qızı Xurşidbanu Natəvan”, GDU-nun Filologiya fakültəsi  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  II kurs tələbəsi, Filologiya fakültəsi tələbə təşkilatının sədri Seyhun Rzayev “Ədəbiyyatımızda Xuşidbanu Natəvan obrazı” başlığı altında çıxış etdilər. Tədbirdə iştirak edən GDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının  I kurs tələbəsi, əslən Şuşalı, Xan qızı Xurşidbanu Natəvan nəslindən olan Vəfadar Mehdiyev görkəmli söz ustadının “Qərənfil” şeirini söylədi.