Zərifə Əliyeva ömrünün işığı

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu xalqın tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, onların Vətən qarşısındakı xidmətləri əvəzolunmazdır. Belə insanlar həmin zirvəni qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri hesabına fəth edirlər. Məhz belə insanlardan biri də Zərifə xanım Əliyevadır.

Filologiya fakültəsində humanist insan, görkəmli ictimai xadim, oftalmoloq-alim Zərifə Əliyevanın 99 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə istedadlı həkim, qayğıkeş ana, layiqli ömür-gün yoldaşı Zərifə xanımın mənalı və zəngin həyat yolu, xalqı üçün göstərdiyi xidmətlər bir daha yada salındı.