FAKÜLTƏDƏ TƏLƏBƏLƏRİN FƏNN SEÇİMİ DAVAM EDİR….

24.04. 2024 cü il tarixində Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 3 cü kurslarında 2024/ 2025 ci tədris ili üçün fənn seçimi olmuşdur. Təqdim olunan fənlərin aparıcı müəllimlər tərəfindən tələbələrlə fənlərin predmeti, məqsədi, məzmunu, tədrisin əhəmiyyəti barədə geniş məlumat verildi, tələbələrin sualları cavablandırıldı.