Görkəmli tədqiqatçı-alim,tanınmış Azərbaycan ədəbiyyatşünası, professor Arif Rüstəmlinin Ustad dərsi.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunun “XX əsr ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Arif Rüstəmli Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində “Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı və milli istiqlal hərəkatında yeri” mövzusunda Ustad dərsi keçdi.

XXəsr Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı kitab və məqalələrin müəllifi olmasına rəğmən, professsorArif Rüstəmli floloji fikirdə daha çox cabbarşünas kimi tanınır. Onun genişmiqyaslı tədqiqatları sayəsində Cəfər Cabbarlı milli humanitar düşüncəsində dramaturq, şair, nasir, tənqidçi ,siyasi xadim və mücahid kimi yeni baxış müstəvisində görünür.

Professor Arif Rüstəmlinin tədqiqatında digər mühüm xətt Azərbaycan Cümhuriyyətinin ədəbi-mədəni siyasəti, geniş mənada, istiqlal ədəbiyyatıdır.

Fədakar alim, yorulmaz tədqiqatçı, dəyərli elm təşkilatçısı, təvazökar insan Arif Rüstəmliyə ən əsası, can sağlığı çoxsahəli elmi, ictimai fəaliyyətində silsilə uğurlar diləyirik!