Gündəlik Arxiv: 17 Aprel 2024

Müəllim Afət Həsənovanın açıq dərsi

Müəllim Afət Həsənovanın Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası I kurs tələbələrinə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnindən  “Azərbaycan dilində işgüzar yazışmalarda rəsmi kargüzarlıq üslubu: hesabat, teleqram, xəbərdarlıq” mövzusunda açıq dərs keçdi. Müəllimin dərs prosesində istifadə etdiyi slaydlar, dil materialları,  faktlar mövzunun mənimsənilməsinə müsbət təsir göstərdi.

Davamı

Baş müəllim Naibə Məmmədzadənin açıq dərsi

Azərbaycan dili kafedrasının baş müəllimi  Naibə Məmmədzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda “Linqvistik tipologiya” fənnindən “Fonetik söz yaradıcılığı” mövzusunda  açıq dərs keçdi.Dərsin başlanğıcında müəllim mövzu haqqında məlumat verdi, fonetik söz yaradıcılığının yollarını, xüsusiyyətlərini izah etdi. Dərs prosesində nümayiş etdirilən slaydlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.

Davamı