Filologiya fakültəsində növbəti monitorinq
20.11.2023-cü il tarixdə dos. A.Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında II və IV kurslarda keçilən mühazirə və seminar məşğələlərində iştirak etdi. Dərslərdən sonra fakültə dekanı dos.Zakir Ələsgərovun iştirakı ilə dinlənilmiş dərslərin müzakirəsi oldu.Monitorinq üzvlərindən hər biri çıxış edərək iştirak etdiyi dərslər haqqında […]
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz kimliyimizdir” adlı elmi seminar
GDU-nun Filologiya fakültəsində Filologiya Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dilimiz kimliyimizdir” adlı elmi seminar keçirilmişdir. Elmi seminarda Azərbaycan dili kafedrasının dosenti, filologiya elmləri doktoru Yadigar Əliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov, tələbələrdən Abbasova Əntiqə, Əsədova Gülarə, Məmmədzadə Səma elmi məqalələrlə çıxış etmiş, Məmədova […]
GÜLNAR SƏFDƏR QIZI HÜSEYNOVA
GÜLNAR SƏFDƏR QIZI HÜSEYNOVA müəllim QISA BİOQRAFİK MƏLUMAT • 1987-ci il fevralın 26-da Gəncə şəhərində anadan olmuşdur • 2005-ci ildə K.D.Uşinski adına 29 saylı orta məktəbi bitirmişdir TƏHSİL VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI • 2006-2010-cu illərdə Gəncə Dövlət Universitetinin Filologiya fakultəsində təhsil almışdır. • 2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetinin magistr pilləsində təhsil almışdır. • […]
8 NOYABR-ZƏFƏR BAYRAMIMIZ MÜBARƏK!
8 NOYABR 2020-Cİ İL- QARABAĞA QOVUŞDUĞUMUZ TARİXİ GÜN… Bu şanlı tariximizə daxil olan Zəfər Günüdür!. Qarabağ münaqişəsinə NİDA! qoyduğu gündür. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, […]
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzovanın açıq dərsi
06.11.2023-cü il tarixində Filologiya fakültəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aynur Novruzova Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının III kursunda Uşaq ədəbiyyatı fənnindən “Süleyman Sani Axundov və Rəşid bəy Əfəndizadənin uşaq əsərləri” mövzusunda açıq dərs keçdi. Mühazirədə S.S.Axundov və R. Əfəndizadənin həyatı, yaradıcılıq yolu, uşaqlar üçün qələmə aldıqları əsərlər […]
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının muəllimi Hüseynova Gülnar Səfdər qızının açıq dərsi
06.11.2023-cü il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının muəllimi Huseynova Gulnar Səfdər qızı Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı muəllimliyi ixtisasinin 4¹ qrupunda Rus ədəbiyyatı fənnindən “M.Y.Lermontovun həyat və yaradıcılığı mövzusunda” acıq dərs keçdi. Dərsdə Lermontovun həyatı, bədii yaradıcılığı təhlil edildi, tələbələr sairin seirlərini səsləndirdilər, poemalarından söz açdılar. Dərs prosesində müəllimin və tələbələrin müxtəlif mənbələrdən […]
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusibova Aygün Azadil qızının açıq dərsi
06.11.2023-cü il tarixində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusibova Aygün Azadil qızının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası III kurs tələbələrinə “Ə. Haqverdiyevin bədii və publisistik fəaliyyəti. N.Nərimanovun bədii, publisistik fəaliyyəti. U. Hacıbəyovun həyat və yaradıcılığı” mövzusunda açıq dərsi oldu. Dərsdə sənətkarların ədəbi, siyasi, publisistik fəaliyyəti ilə bağlı mövzu əhatəli şəkildə təhlil edildi. Tələbələrimiz […]
Zəfər Gününə həsr edilmiş tədbir
Bu gün Filologiya və Xarici dillər fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Zəfər Günü coşqu ilə qeyd edildi. 3 il əvvəl sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx […]
Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin “Üslubiyyat və ritorika” fənnindən açıq dərsi
Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda “Üslubiyyat və ritorika” fənnindən “Təktərkibli cümlələrin üslubi imkanları” mövzusunda açıq dərs keçdi.Dərsin başlanğıcında müəllim cümlənin şəxsə görə növləri haqqında məlumat verdi, onların qrammatik xüsusiyyətlərini izah etdi. Sonra təktərkibli cümlələrin hər birinin üslubi xüsusiyyətlərini izah edərək nəzəri məlumatları bədii əsərlərdən seçilmiş […]