Filologiya fakültəsində növbəti monitorinq

20.11.2023-cü il tarixdə  dos. A.Quliyevin rəhbərlik etdiyi monitorinq qrupu Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında II və IV kurslarda   keçilən mühazirə və seminar məşğələlərində  iştirak etdi. Dərslərdən sonra fakültə dekanı dos.Zakir Ələsgərovun iştirakı ilə dinlənilmiş dərslərin müzakirəsi oldu.Monitorinq üzvlərindən hər biri çıxış edərək iştirak etdiyi dərslər haqqında  fikir bildirdilər. Onlar  dərslərin yüksək səviyyədə keçildiyini, müəllimlərin hazırlıqlı olduğunu və sənədlərin qaydasında olduğunu qeyd etdilər.Sonda dos.Zakir Ələsgərov  aparılan monitorinqin tədrisin keyfiyyətinə müsbət təsirini  qeyd etdi və monitorinq qrupunun üzvlərinə  təşəkkür etdi.