Zəfər Gününə həsr edilmiş tədbir

Bu gün Filologiya və Xarici dillər fakültəsində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi. Zəfər Günü coşqu ilə qeyd edildi. 3 il əvvəl sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Tədbirdə fakültəmizin tələbələrindən  Səkinə İbrahimova “Azərbaycan” və  “Yaşa mənim xalqım” mahnısı, Vasif Bəndalıyev “Anadır arzulara hər zaman Qarabağ”mahnısı, Əliyeva Rüqəyya“Salam, Şuşa” şeiri, Nigar Məmmədova“Vətən, sən mənimsən” şeiri, Tofiq Hüseynzadə saz havaları ifa etdilər.