Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Yusibova Aygün Azadil qızının açıq dərsi

06.11.2023-cü il tarixində   Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi  Yusibova Aygün Azadil qızının  Azərbaycan dili və ədəbiyyatı müəllimliyi  ixtisası III  kurs tələbələrinə “Ə. Haqverdiyevin bədii və publisistik fəaliyyəti. N.Nərimanovun bədii, publisistik fəaliyyəti. U. Hacıbəyovun həyat və yaradıcılığı” mövzusunda   açıq dərsi oldu. Dərsdə sənətkarların ədəbi, siyasi, publisistik fəaliyyəti ilə bağlı mövzu əhatəli şəkildə təhlil edildi. Tələbələrimiz görkəmli şəxsiyyətlərin əsərləri haqqında dolğun məlumatlarla çıxış etdilər. Dərsdə texniki avadanlıqlardan istifadə edilməklə mövzunun çatdırılması təmin olundu.

Açıq dərsdə Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Səba Namazova və kafedranın müəllimləri  iştirak etdilər.