Azərbaycan və dünya ədəbiyyatı kafedrasının muəllimi Hüseynova Gülnar Səfdər qızının açıq dərsi

06.11.2023-cü il tarixində  Azərbaycan və dünya ədəbiyyatı kafedrasının muəllimi Huseynova Gulnar Səfdər qızı Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı muəllimliyi ixtisasinin 4¹ qrupunda Rus ədəbiyyatı fənnindən “M.Y.Lermontovun həyat və  yaradıcılığı  mövzusunda” acıq dərs keçdi.

Dərsdə Lermontovun həyatı, bədii yaradıcılığı təhlil edildi, tələbələr sairin seirlərini səsləndirdilər, poemalarından söz açdılar. Dərs prosesində müəllimin və tələbələrin müxtəlif mənbələrdən toplayaraq  hazırladıqları  slaydlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.

Açıq dərsdə Filologiya fakültəsinin dekanı dosent Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dosent Səba Namazova və kafedranın müəllimləri  iştirak etdilər.