Azərbaycan dili kafedrasının baş müəllimi Naibə Məmmədzadənin “Üslubiyyat və ritorika” fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının baş müəllimi  Naibə Məmmədzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda “Üslubiyyat və ritorika” fənnindən “Təktərkibli cümlələrin üslubi imkanları” mövzusunda  açıq dərs keçdi.Dərsin başlanğıcında müəllim cümlənin şəxsə görə növləri haqqında məlumat verdi, onların qrammatik xüsusiyyətlərini izah etdi. Sonra təktərkibli cümlələrin hər birinin üslubi xüsusiyyətlərini izah edərək nəzəri məlumatları bədii əsərlərdən seçilmiş nümunələrə əsaslandırdı. Yekunda isə müəllim Heydər Əliyevin dilimizə göstərdiyi diqqət və qayğıdan danışdı. Ulu Öndərin  nitqi səsləndirildi. Dərs prosesində nümayiş etdirilən slaydlar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.