Flologiya fakültəsində monitorinq keçirilmişdir

Flologiya fakültəsində tələbə və müəllimlərin dərsə davamiyyətinə, tədrisin  keyfiyyətinə, tədrisə dair sənədləşmənin aparılmasına nəzarət üzrə monitorinq keçirilmişdir. Monitorinq qrupunun üzvləri  dərs cədvəlinə uyğun  II-IV kursların  dərslərində  iştirak etmişlər. Monitorinq prosesində dərslərdə fənn müəllimlərinin həm nəzəri, həm də metodiki cəhətdən hazırlıqları, tələbələrin dərsə davamiyyətini, fənn müəllimlərinə aid sənədlər (jurnal,fənn proqramı, sillabus, mühazirə mətnləri, əyani vasitə) və s.yoxlanılmışdır.