Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənovanın “Öyrənilən əsas dil-5 (Sintaksis)” fənnindən açıq dərsi

Azərbaycan dili kafedrasının dosenti Aidə Həsənova Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasının III kursunda“Öyrənilən əsas dil-5 (Sintaksis)”  fənnindən açıq dərs keçdi. Açıq dərsin mövzusu “Cümlə üzvlərınin xüsusiləşməsi ” idi.

Dərsin başlanğıcında müəllim xüsusiləşmələr haqqında məlumat verərək onların növlərini və yaradan səbəbləri izah etdi. Cümlə üzvlərinin hər birinin xüsusiləşməsinə aid misallar göstərdi.Yekunda isə statistik təhlil apararaq hansı cümlə üzvlərinin daha çox xüsusiləşdiyini aydınlaşdırdı.

 Dərs prosesində istifadə olunan slaydlar və müəllimin müxtəlif mənbələrdən topladığı materiallar dərsin daha səmərəli keçməsinə şərait yaratdı.