Dosent Gülarə Aqaid qızı Məlikovanın “Dil və səs yazısı. Leksikologiya” mövzusunda açıq dərsi

19.10.2023- cü il tarixdə Azərbaycan dili kafedrasının dosenti Gülarə Aqaid qızı Məlikovanın Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I kursunda “Dilçiliyə giriş” fənnindən  “Dil və səs yazısı. Leksikologiya” mövzusunda açıq dərsi oldu. Müəllim açıq dərs prosesində  mövzunu geniş, ətraflı şəkildə izah etməklə yanaşı, dərsin səmərəliyini artıran slaydlardan istifadə etdi. Xüsusilə də, Azərbaycan  filmlərindən seçilmiş fraqmentlər tələbələrin marağına səbəb oldu. Müəllim yeri gəldikcə tələbələrə suallarla müraciət edirdi. Ümumilikdə, dərs tələbələrin fəal iştirakı ilə keçdi.