Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, 44 günlük Qarabağ Vətən müharibəsindəki qələbəmizin memarı İlham Əliyevin doğum günüdür. Bu əlamətdar gündə qeyd etmək lazimdir ki, Ali Baş Komandanımız İlham Əliyev dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində təməli Ulu Öndər, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirmişdir. […]