Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevanın Azərbaycan dilinin üslubiyyatı fənnindən açıq dərsi

06.12.22-ci il tarixində Azərbaycan dili kafedrasının müəllimi Samirə Quliyevanın Azərbaycan dilinin üslubiyyatı fənnindən IVkurs tələbələrinə “Xitabın üslubi xüsusiyyətləri” mövzusunda açıq dərsi oldu. Dərsdə xitabın dilimizdə yaratdığı üslubi çalarlar, işlənmə rəngarəngliyi tələbələr tərəfindən geniş izah edildi, nəzm və nəsr əsərlərindən nümunələr söylənildi, mövzuya aid slaydlar nümayiş etdirildi.