Filologiya fakültəsində “Erkən nigahın fəsadları” mövzusunda debat keçirildi

06.12.2022-ci il tarixdə 06.12.2022-ci il tarixdə Filologiya fakültəsində “Erkən nigahın fəsadları” mövzusunda debat keçirildi. Debatda erkən nigahın cəmiyyətə gətirdiyi fəsadlar, ailə-məişət problemləri, gənc qızlarımızın təhsillə bağlı ailədə üzləşdiyi problemlər və s. kimi məsələlər haqqında fikir mübadiləsi edildi. Tədbirin təşkilatçısı, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri, fakültəmizin 3-cü kurs tələbəsi Rzayev Seyhun cəmiyyətimizdə rast gəlinən belə neqativ hallarla bağlı müxtəlif suallarla debat üzvlərinin bu məsələyə münasibətlərini öyrənərək problemin birgə həlli yolları barədə müzakirələr apardı.