Xarici dildə işgüzar və akademik kommunikasiya fənnindən açıq dərs

08.12.2022-il tarixində Filologiya fakültəsi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələrinə Rus dili kafedrasının dosenti Sevda Əliyevanın Xarici dildə işgüzar və akademik kommunikasiya (rus dili) fənnindən açıq dərsi oldu.Tələbələr “İnternet”mövzusunda hazırladıqları tapşırıqları danışdıqdan sonra zərfliklərlə qurduqları konstruksiyalarla yarış keçirdilər. Dərsdə qruplarla,cütlüklərlə və fərdi formada iş aparıldı. Yeni mövzunun təqdimatı və qrammatikasının tədqisi yüksək səviyyədə aparıldı.