Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, 44 günlük Qarabağ Vətən müharibəsindəki  qələbəmizin memarı İlham Əliyevin doğum günüdür.

Bu əlamətdar gündə qeyd etmək lazimdir  ki, Ali Baş Komandanımız İlham Əliyev dövlət müstəqilliyinin bərpasından ötən  illər ərzində təməli Ulu Öndər, görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulan quruculuq yolunu uğurla davam etdirmişdir. Bunun sayəsində Azərbaycanımız  dünyanın lider ölkələri arasında layiqli yer tutmuşdur.

 Əziz prezidentimiz, Siz Azərbaycan üçün çox iş görmüsünüz və əminik  ki, bundan sonra da görəcəksiniz. Siz bizə qələbə sevincini yaşatmısınız, Vətən həsrətli gözlərə işıq gətirmiziniz, milli qürurumuzu qaytarmısınız.  Bunun üçün  Sizə böyük ehtiram duyuruq və atdığınız hər bir addımda Sizinləyik. Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm can sağlığı, xoşbəxtlik və firavanlıq arzu edirik.