Filologiya fakültəsində Əhməd Cavadın həyat və fəaliyyətinə həsr olunmuş esse müsabiqəsi keçirildi

Filologiya fakültəsində  Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından olan Əhməd Cavada həsr olunmuş esse müsabiqəsi keçirildi. Filologiya fakültəsinin tələbələri  Əhməd Cavadla   bağlı düşüncələrini şərh edən yazılar qələmə aldılar. Müsabiqənin sonunda yazılar mütəxəssislər tərəfindən yoxlanıldı. Birinci yerin sahibi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası IV kurs tələbəsi Aysun Həsrətova, 2-ci və 3-cü yerin sahibləri isə Filologiya ixtisası (Azərbaycan dili və ədəbiyyatı) II kurs tələbələri Roza Məmmədzadə və Aygün Məhərrəmova oldular.